ÇıxışYolu.Com – Ohanyanın hesablarına həbs qoyuldu

Baxış sayı: 3. 783 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ohanyanın hesablarına həbs qoyuldu

Ermənistanda 2008-ci ilin mart ayında baş vermiş faciəvi hadisələrlə bağlı istintaq çərçivəsində Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın pensiya hesabına həbs qoyulub.

Bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Məlum olduğu kimi, 2008-ci ildə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi postunu tutan Ohanyan konstitusiya qanunlarını pozmaqda ittiham olunur. Qətimkan tədbiri olaraq ondan ölkəni tərk etməməsi barədə iltizamnamə alınıb. Ohanyan öz günahını boynuna almır.

Nəşrin məlumatına görə, ilkin istintaq zamanı Ohanyanın əmlakı və maliyyə vəsaitlərinə həbsin qoyulması haqda qərar çıxarılıb. Nəticədə, keçmiş nazirin pensiya hesabı da sanksiyaya düşüb.

“Sputnik-Armeniya”nın sonradan əldə etdiyi informasiyaya görə, təqaüd hesabına qoyulan həbs bankın yol verdiyi texniki xəta ilə əlaqədar olub. Hazırda xəta aradan qaldırılıb və təqaüd hesabına qoyulmuş həbs götürülüb.