Türkiyənin məşhur aktyoru Oktay Kaynarca paytaxtımızın qonağı olub.
ÇıxışYolu.Com-a özəl açıqlama verən aktyor ikinci dəfə Bakıya gəldiyini bildirib:
“Bakıda olmaqdan çox şadam. Əhvalım da çox yaxşıdır. Bu, ölkənizə ikinci gəlişimdir. İnanın ki, təəssüratlarım əladır. Bakını çox bəyəndim. Xeyli dəyişikliklər baş verib. Hətta yolda gələrkən Bakıdan ev almağı belə düşündüm.
Dekabr ayında çəkildiyim film “Aman rəis duymasın”ın qalası olacaq. Təəssüflər olsun ki, mənim başqa işlərim olduğu üçün qalaya gələ bilməyəcəm. Onu da qeyd edim ki, tez-tez gəlsəm, insanlar məndən bezə bilər (gülür)”.
Hər zaman geyim tərzi ilə seçilən aktyor seçimləri özünün etdiyini açıqlayıb:
“Dünyaca tanınan markanın nümayəndəsi, həm də yaxın dostumun köməyilə geyimlərimi seçirəm. Onun göndərdiyi geyimləri geyinirəm. Amma özümüm də fikirlərim və istəklərim olur.
Yəni seçimlərdə bir xanımın əli yoxdur (gülür). Ancaq evdə mənə kömək edən xanım işçi var”.
“Azərbaycanlı sənətçilərdən kimləri tanıyırsınız?” sualına gəlincə, Oktay Kaynarca heç kimi tanımadığını qeyd edib:
“Çox sənətçini tanıdığımı və adlarını deyə bilmərəm. Türkiyədə aktyorluq edən xeyli azərbaycanlı dostlarımız var. Onlarla birlikdə hansısa layihələrdə birlikdə oluruq. Amma Azərbaycanda tanınan və məşhur olan sənətçilərinizi elə də tanımıram.
Bir müddət öncə azərbaycanlı “YouTube” fenomeni Nigar Muharremin mahnısını şəxsi “Instagram” səhifəmdə paylaşdım. Mənim paylaşmağımdan sonra onun haqqında çox danışıldı. Belə ki, daha çox tamaşaçı qazandı, izləyicilərinin sayı artdı. Bu da mənim çox xoşuma gəldi. Nigar tez-tez məni ziyarət edir. Arada oturub söhbət də edirik. Bir çox Azərbaycan mahnıları bilirəm. Amma indi adlarını açıqlaya bilməyəcəm”.
Qeyd edək ki, Oktay Kaynarca “Kurtlar Vadisi” teleserialındakı “Çakır” obrazı ilə tanınıb. Hazırda da aktyor “Eşkiya dünyaya hökmdar ola bilməz” teleseriallarında baş rolda oynayır.
Sevinc Yasinqızı
FOTO: Ramil Zeynalov