ÇıxışYolu.Com - Ölçüsü balaca, faydası böyük

ÇıxışYolu.Com – Ölçüsü balaca, faydası böyük

Baxış sayı: 2. 352 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ölçüsü balaca, faydası böyük

Sumax nadir bitkilərdən sayılır. Azərbaycanda sumax ağaclarına, əsasən, Böyük və Kiçik Qafqazın dağ meşə ərazilərində rast gəlinir.

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranın Tükəvilə kənd sakini Xanəhməd Mirzəyev uzun illərdir bu ağacları öz təsərrüfatında çox çətinliklə qoruyub saxlayır.

X.Mirzəyev bildirir ki, marketlərdə satılan sumaxların əksəriyyəti yararsızdır. Əsl sumax çay kimi dəmlənir.

250-yə yaxın növü olan sumaxın tumu mütləq qabığından ayrılmalıdır. İstifadəyə isə tum yox, qabıq verilir.

Təbii şəkildə yetişdirilən sumax qan təzyiqini aşağı salır, dadı turş olsa da, mədədə turşuluğu artırmır və həzm sisteminə yaxşı təsir göstərir, metabolizmi sürətləndirir.

Hündürlüyü 3-5 metr olan ağaclardan çətinliklə yığılan sumaxın 1 kq-nın qiyməti isə 20-25 manat arasında dəyişir.

Rövşən Mövlan