Rusiyanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin 50-ci xatirə turnirində Azərbaycan millisinin dağıstanlı üzvləri üç medal qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, dünya, olimpiya və Avropa çempionumuz Şərif Şərifov (-92 kq) Dağıstanda himnimizi səsləndirib.
Qitinoməhəmməd Hacıyev (-70 kq) finalda uduzaraq gümüş medalı boynundan asıb.
Nurməhəmməd Hacıyev isə bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.