Bir zamanlar məşhur olan “The Pussycat Dolls” qrupunun keçmiş üzvü Nikol Şerzinger qrupun yenidən bir araya gələcəyini bildirib.
Bu, bu barədə öz “İnstagram” hesabında yazıb.
“Mən qayıdışımız haqqında yazdığım üçün çox xoşbəxtəm”.
O bildirib ki, qrupun konserti 2020-ci ilin aprel ayında Böyük Britaniyada baş tutacaq.
Qeyd edək ki, Amerikanın məşhur pop-qrupu olan “The Pussycat Dolls” təxminən 10 il öncə dağılıb. Səbəb qrupun üzvlərinin solo ifaçılığa başlaması olub.