ÇıxışYolu.Com - Onlar “Dalan”da görüşdülər

ÇıxışYolu.Com – Onlar “Dalan”da görüşdülər

Baxış sayı: 7. 194 dəfə baxılıb.

ÇıxışYolu.Com - Onlar “Dalan”da görüşdülər

Nizami Kino Mərkəzində “Dalan” filminin premyerası baş tutub. Ekran əsərinin qala gecəsində bir çox tanınmış aktyorlar və şou-biznes nümayəndələri iştirak edib. Təqdimatda filmin komandası bir araya gələrək jurnalistlərin suallarını cavablandırıblar. 

ÇıxışYolu.Com xəbər verir ki, ekran əsəri dram janrında lentə alınıb. 

Filmdəki hadisələr bir-biri ilə tanış olan iki fərqli ailədə cərəyan edir. O ailələr ki, ər və arvad arasında problemlər var. Bu fərdlər kənardan xoşbəxt görünsələr də, qadına qarşı göstərilən diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi qəhramanları “Dalan”a gətirib çıxarır. 

Baş rollarda Ziya Ağa, Sevinc Əliyeva, Oktay Mehtiyev, Manaf Dadaşov, Rasim Cəfər, Münəvvər Əliyeva oynayıb, yardımçı obrazları isə Türkay Cəfərli, Kamil Nazim, Asiman Ağa Rövşən, Güşvər Şərif, İlahə Həsənova, Arzu Abdul, Şəhla Əliqızı, Etibar İbadullayev canlandırıb.

Ekran işinin quruluşçu rejissoru Rüstəmzadə Elvin, ssenari müəllifi isə Səbinə Əhmədlidir.

Rəşad Əliyev