Dünya şöhrətli aktrisa Ornella Mutinin həbsi ilə bağlı qərar çıxarılıb. İtaliya Ali Kassasiya Məhkəməsi cazibədar aktrisanın altı ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
64 yaşlı Ornellanın həbsinə səbəb 2010-cu ildə rol aldığı teatr tamaşasında iştirakdan boyun qaçırması olub. Bu məqsədlə o, saxta tibbi arayış təqdim edib.
Teatr administrasiyası Ornellanın bu hərəkətindən qəzəblənərək onu məhkəməyə verib.
Məlumata əsasən, aktrisa teatra 30 min avro kompensasiya ödəməklə altı aylıq həbs cəzasından qurtula bilər.
Qeyd edək ki, Ornella Muti “Dəlicəsinə aşiq”, “İnadçının ram edilməsi” və bir sıra filmlərdə canlandırdığı cəsarətli obrazlarla tamaşaçıların yaddaşına həkk olunub. O, vaxtilə məşhur italyan aktyor Adriano Çelentano ilə sevgili olub.
Rəşad Əliyev