ÇıxışYolu.Com - Orxan Zeynallı klipi ilə yenə insanları “xilas etdi”

ÇıxışYolu.Com – Orxan Zeynallı klipi ilə yenə insanları “xilas etdi”

Baxış sayı: 2. 799 dəfə baxılıb.

ÇıxışYolu.Com - Orxan Zeynallı klipi ilə yenə insanları “xilas etdi”

Reper Orxan Zeynallı yeni klipini təqdim edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, reperin təqdim etdiyi klipdə dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların göndərdikləri videoçarxlar yer alıb.

Klipdə hər il minlərlə insanın müxtəlif səbəblərdən öz doğma ölkəsini tərk etməsi, “onların taleləri fərqli olsa da, qoyub getdikləri və axtardıqları eynidir: xatirələr və xoşbəxtlik” mesajı verilib.

Orxan Zeynallı klip təqdim olunmamışdan əvvəl “Youtube”un “gündəm”i zəbt etdiyi vaxtda klip çəkməyin əlverişsiz olacağı barədə tövsiyələr aldığını bildirib:

“Mən isə düşünürəm ki, insanların məhz belə vaxtlarda mahnılarıma ehtiyacı var. Xilas etməyən, qucaq açmayan yaradıcılıq nəyə gərəkdir ki?!”

Qeyd edək ki, Orxan Zeynallı “AiD” ləqəbi ilə “H.O.S.T” qrupunda çıxış edib. Hazırda ABŞ-da yaşayan reper solo fəaliyyətlə məşğul olur.

Sözügedən klipi təqdim edirik:

Nəzrin Həsənova