ÇıxışYolu.Com – Ötən mövsümün ən gözəl qolunu kim vurub?

Baxış sayı: 3. 299 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ötən mövsümün ən gözəl qolunu kim vurub?

FİFA “Ferents Puşkaş” mükafatına namizədlərin siyahısını hazırlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, dünyanın ali futbol qurumu ötən mövsüm vurulmuş ən gözəl qolun sahibinə təqdim olunacaq mükafata namizədlər arasında ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç və “Barselona”lı superulduz Lionel Messinin də adını daxil edib.

Bundan əlavə, sözügedən nominasiyada qalib olmaq üçün Endros Taunsend (“Kristal Pelas”), Fabio Kvalyarella (“Sampdoriya”), Xuan Kintero (“River Pleyt”) və Mateus Kunyanın (“Leypsiq”) adları qeydə alınıb.

Üç qadın futbolçu – Adjara Nçut (Kamerun millisi), Emi Rodriges (“Yuta Royals”) və Billi Simpson (Şimali İrlandiya millisi) da namizədlər arasındadırlar.

Siyahı tərtib olunarkən 2018-ci il 16 iyuldan 2019-cu il 19 iyuladək vurulan qollar nəzərə alınıb.

“Ferents Puşkaş” mükafatı üçün səsvermə azarkeşlər arasında aparılacaq və sentyabrın 1-də başa çatacaq.