ÇıxışYolu.Com – “Oyundan kənar”: Özbəklərə bir qızılla uduzduğumuz üçün məyus oldum

Baxış sayı: 2. 372 dəfə baxılıb.

ÇıxışYolu.Com-nun “Oyundan kənar” rubrikasının qonağı Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovdur:

– İdman bəzən insanlara asan sahə kimi görünür. Amma bu sahədəki insanlar tam əksini deyir. Hansı daha çox həqiqəti əks etdirir?

– İdman hər şeydən əvvəl çox maraqlı, əyləncəli, vaxt keçirmək üçün əla vasitədir, amma işlə bağlıdırsa, bu, artıq böyük məsuliyyətdir. İdmanla əlaqəli sahədə çalışan insanlar məsuliyyətli və çətin peşələrdən biri ilə məşğul olduqlarını dərk edirlər. Məsuliyyət böyükdür: idmançılarla münasibət, idmanı dünyada tanıtmaq, idmanda fərqliliklərin, layihələrin yüksək təşkili və s.

ÇıxışYolu.Com - “Oyundan kənar”: Özbəklərə bir qızılla uduzduğumuz üçün məyus oldum

Uzun illərdir Azərbaycanda idman sürətlə inkişaf edir. Son illər ölkəmizdə keçirilən “Formula-1”, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Cüdo üzrə Avropa Çempionatı bunun sübutudur.

Bu gün zallarda olimpiya və paralimpiya idmançıları bir yerdə məşq edirlərsə, deməli, bəzi baryerləri aşmışıq. Fiziki məhdudiyyəti olan gənclər niyə çəkinməlidir? Biz ilk olaraq onların önündəki baryerleri aşırıb, öz aramıza dəvət etdik. 2013-cü ildən Uşaq Paralimpiya Hərəkatının inkişafında istəyimizə nail olduq. Evin bir küncündə gizlənən o uşaqları dəvət etdik, artıq onlar idman arenalarındadırlar: məşq edirlər, günlərini aktiv keçirirlər.

İllər öncə hansısa bir xarici ölkədə – istər küçədə, istər konsertdə, istərsə də idmanda əlil insanlar görürdün, ölkəyə qayıdanda isə bir nəfər əlil arabasında şəxs görmürdün, düşünürdün ki, yəni bir nəfər olsa belə əlil yoxdur? Sevindirici haldır ki, artıq onlar bu kompleksdən qurtulublar, qurumumuzda fiziki məhdudiyyətli insanlar da çalışır.

– Mayın 13-14-də Bakıda Paracüdo üzrə keçirilən “Qran Pri” yarışında Paralimpiya Komitəsi böyük işin öhdəsindən gəldi. Azərbaycanda ilk dəfə idi ki, paralimpiya üzrə belə böyük yarış keçirilirdi. Təəsüratlarınız nədir?

– 36 ölkə, 300-ə yaxın idmançı, onların yanında 100-ə yaxın onları müşahidə edən şəxs iştirak edirdi, ümumi olaraq 1200 nəfər akkreditasiyadan keçmişdi.

Düşünürəm ki, ilk dəfə olmağına baxmayaraq yarışı yüksək səviyyədə keçirdik.

Bu yarışı fiziki məhdudiyyətli gənclərin bayramına çevirmək istəyirdik, mənə elə gəlir ki, alındı. Düşünürəm ki, belə şanslar çox olmalıdır, onlara şərait yaratmalıyıq.

ÇıxışYolu.Com - “Oyundan kənar”: Özbəklərə bir qızılla uduzduğumuz üçün məyus oldum

– İlqar müəllim, yarışdan öncə bir narahatlığınız vardı, yarışlardan gözlədiyiniz nəticəni ala bildinizmi?

– Bəli, təşkilatçılıq məsələləri ilə bağlı narahat və həssas idim. Ümumiyyətlə, təbiətcə narahat insanam, yarışın açılışından bağlanışa qədər musiqilərinə, xırda detallara kimi maraqlanırdım və az da olsa rahatlıq tapıb əmin olmağa çalışırdım ki, çox yaxşı olacaq. Həm də komandamız gənc olduğundan, ağır məsuliyyət daşıyırdılar deyə narahat idim. Amma bütün bunlara baxmayaraq, biz paralimpiya komandası olaraq bunu bacardıq.

Yarışın təşkilatçılığından savayı, idmançılarımızdan da yaxşı nəticələr əldə edə bildik: 3 qızıl, 4 gümüş, 4 bürünc olmaqla 11 medal qazandıq. Say baxımından birinci yerdə olduq, ancaq qızıl medalların sayına görə özbəklərə uduzduq. Onlar 4 qızıl götürdülər, bir az o məni məyus etdi, amma idmandır, hər şey ola bilər. Sadəcə gərək uduzmağı özünə adət etməyəsən.

– Hazırda hansı yarışlara hazırlaşırsınız?

– İndi atletlərimiz İtaliyada, oxatma üzrə idmançılarımız Yeni Zelandiyadadırlar. Üzgüçülərimiz İtaliyadan qayıtdılar. İlin sonunda bir neçə dünya çempionatı var, belə yarışlar ilboyu davam edəcək, amma Bakıda yarışlar bitdi, gələn il baş tutacaq. Əsas Tokioya hazırlıq prosesi gedir.

– Bu yarış ənənəvi hal alacaqmı?

– Ənənəvi hal almağını istəyirik, gələn il də olacaq.

ÇıxışYolu.Com - “Oyundan kənar”: Özbəklərə bir qızılla uduzduğumuz üçün məyus oldum

– Əsas məqamlardan biri də yarışın ilk günü iki idmançının yarışdan uzaqlaşması oldu. Nə baş verdi?

– Buna biz yox, həkim heyəti qərar verirdi. Yarışda bütün qaydalara ciddi şəkildə riayət edilirdi, əslində, biz belə olmasını gözləmirdik, çünki yarışa uyğun hesab edilirdi.

Son vaxtlar tibbi təsnifat məsələlərində ciddiyyət yüksək dərəcədədir. Mən bu tərzdə olan ciddiyyətə sevinirəm, çünki burada dostum-tanışım söhbəti yoxdur, bütün işlər şəffaf aparılır. Məsələn, olimpiya idmançılarımız var ki, onlar artıq paralimpiyaya keçid etdilər: Zülfiyyə Hüseynova, Vüqar Şirinli. Cüdo travmalı idman növü sayılır. Burada hər şey baş verə bilir.

– Komitənin əməkdaş heyəti neçə nəfərdən ibarətdir?

– İyirmi nəfər əməkdaş çalışır, onlardan sırf komitədə çalışan yeddi nəfəri fiziki məhdudiyyəti olan şəxslərdir.

– Özünüz idmanla məşğul olursunuzmu?

– Gənclik illərimdə yüngül atletikadan böyüklər arasında ikinci dərəcəm vardı, futbol ilə məşğul olmuşam.

Nərmin Kazımzadə