Ağdam rayonunun Quzanlı qəsəbəsində yanğın hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın Fövqladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Azərpambıq” MMC-yə məxsus pambıq emalı zavodunun ərazisində 220 ton pambıq tayasının 600 kiloqramı yanıb.
Pambıq tayalarının qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.