Paris şəhərində ermənilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirin keçirilməsinə mane olmağa cəhd göstəriblər.
Report xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və YUNESKO yanında daimi nümayəndəliyinin Parisin “San-Eustache” kilsəsində Xocalı soyqırımı ilə bağlı keçirməyi planlaşdırdığı tədbirin başlamasına 10 dəqiqə qalmış bir qrup erməni kilsəyə basqın edib.
Təxribatçılar qışqıraraq, kilsədəki stulları sındırmağa, qonaqlara qarşı nalayiq hərəkətlər etməyə cəhd göstəriblər. Onlar daha sonra tədbir iştirakçılarını kilsəni tərk etməyə çağıraraq, qonaqları təhqir ediblər. Lakin tədbirə gəlmiş qonaqlar kilsəni tərk etməyiblər. Onların əksəriyyəti kilsəyə basqın edən ermənilərə öz etirazlarını bildirərək, təxribatçılardan kilsəni tərk etmələrini tələb ediblər.
Əraziyə çağırılan Fransa polisi 20 nəfərdən ibarət erməni təxribatçılarını kilsədən çıxarıblar.
Ardınca tədbirə start verilib və yüksək təhlükəsizlik şəraitində davam etdirilib.