Parisdə yay Olimpiya oyunlarının Təşkilat Komitəsi 2024-cü ildə keçiriləcək beynəlxalq yarışların rəsmi loqotipini təqdim edib.
TASS xəbər verir ki, loqotipdə Olimpiya alovu ağ rəngdə qızıl medalın üzərində təsvir edilib.
Emblem gümüşü-qızıl rəngdədir və 3 simvoldan ibarətdir: medal idmanı simvollaşdırır, atəş olimpiya hərəkatıdır, qadın isə Fransanı əks etdirir.
Fransa prezidenti Emanuel Makron da loqotipi “Twitter” səhifəsində yerləşdirib.
Qeyd edək ki, daha əvvəl “Olimpiyada-2024”dün loqotipi Fransanın milli bayrağının rənglərinə boyanmış Eyfel qülləsi idi.