Şəkidə pilləkəndən yıxılan yaşlı kişi ölüb.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, rayonun Bideyiz kənd sakini 83 yaşlı Əlövsət Həmidov yaşadığı evin pilləkənindən yıxılıb.
Ağır xəsarət alan yaşlı kişi dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı Ə.Həmidova döş qəfəsinin küt travması, qabırğaların əksəriyyətinin sınığı və bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
83 yaşlı kişi göstərilən bütün müdaxilələrə baxmayaraq xəstəxanada dünyasını dəyişib.