ÇıxışYolu.Com – Pilot səmada huşunu itirib

Baxış sayı: 2. 498 dəfə baxılıb.

ÇıxışYolu.Com - Pilot səmada huşunu itirib

Avstraliyada pilot 40 dəqiqə ərzində huşsuz uçub və Hava Hərəkətləri İdarəsinin çağrılarını cavabsız qoyub.

Lenta.ru-nun xəbərinə əsasən, bu barədə “The Independent” məlumat yayıb.

Qeyd edilir ki, pilot təcrübə keçirmiş. Nəqliyyatda təhlükəsizlik üzrə büronun apardığı araşdırmaların nəticələrinə əsasən, pilot uçuşdan öncə bir sutkadan artıq yatmayıb, səhər yeməyinə isə ancaq şokolad yeyib, üzərindən isə energetik içki içib. O, 5,5 min fut (1,6 kilometr) hündürlükdə güclü başağrısı hiss edərək avtopilotu işə salıb. Daha sonra isə o, huşunu itirib və demək olar, bir saat ərzində təyyarə avtopilotda uçub. Bu müddət ərzində aviadispetçer xidməti onunla bir neçə dəfə əlaqə yaratmağa çalışsa da, nəticə əldə edə bilməyib. Pilot özünə gəldikdən sonra, təyyarəni endirə bilib.

Qeyd edilir ki, pilot Cənubi Avstraliyanın Port-Oqasta hava limanından Parafildə reys həyata keçirirdi.