Sabunçu rayonunda ehtiyatsızlıqdan 52 yaşlı kişini laqunda kəsib.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib. 1967-ci il təvəllüdlü Hüseynov Elşən Abdı oğlu həyətdə iş gördüyü zaman bədbəxt hadisə baş verib. Belə ki, o, ehtiyatsızlıqdan əlindəki laqunda ilə üzünü kəsib.
Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona üzün kəsilmiş-deşilmiş yarası diaqonozu qoyulub.
E.Hüseynova ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli, Elşad Mətləboğlu