UEFA-nın keçmiş prezidenti Mişel Platini saxlanılıb.
Bu barədə “Mediapart” nəşri məlumat verir.
M.Platininin korrupsiyada şübhəli bilinməsi ilə əlaqədar saxlanıldığı deyilir. 2010-cu ilin dekabr ayında FIFA-nın 2022-ci il futbol üzrə dünya çempionatının ev sahibliyini Qətərə həvalə etməsi qalmaqala səbəb olmuşdu.
Dünya və Avropa futbol qurumlarının bir sıra ali rəsmiləri səslərin satılmasında şübhəli bilinir.