Tovuz şəhərində evlərin birində oğurluq hadisəsi baş verib.
Bununla bağlı DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Faktla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb.
Təhlükəsizilik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34; (055) 333-93-93 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.