ÇıxışYolu.Com - Polisdən narkotik əməliyyatı: saxlanılanlar var

ÇıxışYolu.Com – Polisdən narkotik əməliyyatı: saxlanılanlar var

Baxış sayı: 2. 986 dəfə baxılıb.

ÇıxışYolu.Com - Polisdən narkotik əməliyyatı: saxlanılanlar var

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Sabirabad rayon sakinləri Azər İsmayılov və tanışı Nadir İsmayılov saxlanılıblar. Onların əlində olan üç ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 490 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə ediblər. 

Onlar tiryəki satmaq niyyəti ilə yaşadıqları Sabirabad rayonuna aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.