Bolqarıstanın paytaxtı Sofiyada parlament qarşısında keçirilən etiraz aksiyaları zamanı gözlənilməz hadisə yaşanıb.
Life.ru-nun xəbərinə görə, nümayişçiləri dağıtmaq istəyən polis gözyaşardıcı qazdan istifadə edib. Lakin əsən külək polislərin özünü çətin vəziyyətə salıb. Gözləri yaşaran polislər geri çəkilməli olublar.
Korrupsiyanın kökünü kəsmək və ölkədə demokratiyaya nail olmaq üçün referendum keçirilməsini tələb edən aksiyaçılar bunu təbiətin intiqamı adlandırıblar.