Ukrayna prezidenti Petro Poroşenko seçkilərin ikinci turunda Zelenskinin daha çox səs topladığını və özünün məğlubiyyətini etiraf edib. O, Zelenskini təbrik edəcəyini bildirib.
“Seçkilərin nəticəsini aydın görmək olur. Bu nəticələr onu deməyə əsas verir ki, mən indi rəqibimə zəng vurub, onu təbrik etməliyəm”.
Xatırladaq ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. “Exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 88, Petro Poroşenko isə 12 faiz səsini toplayıb.