Bir qrup şəxs keçmiş Ukrayna prezidenti Pyotr Poroşenkoya hücum etməyə cəhd göstərib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, hadisə Poroşenko “Kuznitsa na Rıbalskom” zavodunun satışı barədə ifadə verməsindən sonra olub.
Eks-prezident maşından çıxan kimi bir qrup şəxs ona hücum etməyə cəhd göstərib.
Naməlum dələduzlardan biri onun maşınının üzərinə atılıb. Poroşenkonun mühafizəçiləri hücumun qarşısını alıblar.
Bununla belə, naməlum şəxslər mühafizəçiyə qarşı qaz balonundan istifadə ediblər.
Bundan sonra polis işə qarışmalı olub. Poroşenko isə maşınına minib, gedib.