Futbol üzrə Portuqaliya yığması AVRO-2020-nin təsnifat turnirinin qrup mərhələsində Serbiya komandası üzərində qələbə qazanıb.
“Fox News”un verdiyi məlumata əsasən, Belqradın “Rayko Mitiç” stadionunda keçirilən görüş Portuqaliya yığmasının xeyrinə 4:2 hesabı ilə başa çatıb.
Portuqaliya yığmasının heyətində Vilyam Karvalyu, Qonsalu Gedeş, Kriştianu Ronaldu və Bernardu Silva fərqləniblər. Serbiya komandasında 85-ci dəqiqədə rəqibin qapısından iki qolu Nikola Milenkoviç və Aleksandar Mitroviç keçiriblər.
Beləliklə, hazırda Portuqaliya yığması B qrupunda beş xalla ikinci yeri tutur, birinci yerdə 13 xalla Ukrayna komandası qərarlaşıb. Serbiya Avropa çempionatının seçmə mərhələsində Lüksemburqdan sonra dördüncü yeri (4 xal) tutub.