ÇıxışYolu.Com - Potapla Nastya evləndi

ÇıxışYolu.Com – Potapla Nastya evləndi

Baxış sayı: 4. 039 dəfə baxılıb.

Ukraynanın məşhur müğənniləri, duet ortaqları Nastya Kamenskix və Potap ailə qurub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Nastya sosial şəbəkədə məlumat yayıb.

“Sevənlərimizlə hisslərimizin bir hissəsini bölüşmək zamanı yetişdi. Bu gün hər birimiz üçün çox xüsusi və xoşbəxt bir gündür – biz xoşbəxtliyimizi sizinlə paylaşmaqdan xoşbəxtlik duyuruq və bunu bizimlə paylaşdığınız üçün sizə təşəkkür edirik”, – deyə Nastya qeyd edib.

Xatırladaq ki, Potap Nastya ilə ailə həyatı qurması barədə klip çəkib.

“Konstanta” adlı mahnıya çəkilən klib “Love story” formatında lentə alınıb. Potap bununla da Nastyaya olan sevgisini icitmai şəkildə etiraf edib. 

Nastya da Potapdan geri qalmayaraq, gələcək həyat yoldaşına “Söz verirəm” adlı mahnısına çəkilmiş klipini həsr edib. Ekran əsərində dahi italyan heykəltaraş Mikelancelonun yaratdığı “Bir-birinə doğru uzanan əllər”  ideyası əsas götürülüb. 

ÇıxışYolu.Com - Potapla Nastya evləndi

ÇıxışYolu.Com - Potapla Nastya evləndi

Qeyd edək ki, Potap ilə Nastya 13 ilə yaxındır birlikdə çalışırlar. Onların münasibətləri Potap evli olan zamanlardan başlayıb. Yalnız Potap rəsmi şəkildə 2014-cü ildə həyat yoldaşından boşandıqdan sonra onun Nastya ilə münasibətdə olmasına dair xəbərlər yayılıb. 

ÇıxışYolu.Com - Potapla Nastya evləndi

ÇıxışYolu.Com - Potapla Nastya evləndi

Rəşad Əliyev