Bu gün Azərbaycanda pravoslav xristianlar Pasxa bayramını qeyd edirlər.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, ölkənin qərb bölgəsində yaşayan pravoslavlar gecə saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram edirlər.
Gəncədəki Aleksandr Nevski kilsəsində hər il olduğu kimi bu il də pravoslavlar dualarını oxuyublar. Gecə saatlarından başlayan dini ayinlər gündüz də davam edib. Şamlar yandırılıb, dualar oxunub, vacib sayılan bir sıra dini ayinlər icra edilib.
Pasxa İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Xristianların inancına əsasən bu hadisə təxminən 2000-il bundan əvvəl baş verib.
Nazir Quliyev