Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiyanın baş naziri Dmitri Medvedyevi öz klassik avtomobili ilə gəzdirib.
Lenta.ru xəbər verir ki, Türkmənistan prezidenti rəsmi qonağını oteldən götürmək üçün “Volqa QAZ-21” markalı avtomobilin sükanı arxasına keçib və onunla birlikdə Aşqabadı gəzib.
Bundan sonra Medvedyev və Berdiməhəmmədov prezident binasına gedərək səhər yeməyi yeyiblər.
Qeyd edək ki, baş nazir Türkmənistanın paytaxtına mayın 30-u gəlib və bu gün Müstəqil Dövlətlər Birliyi hökumət başçıları Şurasının iclasında iştirak edəcək.