ÇıxışYolu.Com - “Prodigy” qrupunun vokalisti ölüb

ÇıxışYolu.Com – “Prodigy” qrupunun vokalisti ölüb

Baxış sayı: 2. 681 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Prodigy” qrupunun vokalisti ölüb

Britaniyanın əfsanəvi “The Prodigy” texno-rok qrupunun vokalisti Kit Flit 49 yaşında dünyasını dəyişib.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Ekstravaqant müğənninin cansız bədəni martın 4-də Esseks qraflığındakı evində aşkarlanıb. Artistin ölümü barədə qohumları məlumatlandırılıb.

Ölüm səbəbi hələlik açıqlanmır. Bununla belə, Esseks polis idarəsinin rəsmisi, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə yerində hər hansı şübhəli əlamət aşkarlamadığını bildirib.

“The Prodigy” 1990-cı ildə qurulmuş və elektron musiqi təmayüllü Britaniya musiqi kollektividir. Qrup “Fatboy Slim”, “The Chemical Brothers” və “Chrystal Method ilə yanaşı, 1990-2000-ci illərdə kifayət qədər populyar olan “biqbit” janrının pionerlərindən sayılır.