Daha bir “böyük beşlik” ölkəsində ölkə çempionu olan klubun adı rəsmiləşib.
ÇıxışYolu.Com xəbər verir ki, PSJ-nin ən yaxın izləyicisi olan “Lil” səfərdə “Tuluza” ilə səfər oyununda qolsuz heç-heçə edib.
Bununla da PSJ ardıcıl ikinci, ümumilikdə isə səkkizinci dəfə Fransa çempionu olub. PSJ isə öz matçında “Monako”nu 3:1 hesabı ilə məğlub edib. Bu matçda Kilian Mbape het-trik edib, rusiyalı Aleksandr Qolovin təsəlli qoluna imza atıb.
Qeyd edək ki, İtaliyanın “Yuventus” klubu da PSJ kimi çempionatın başa çatmasına beş tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.
Səbuhi MUSAYEV