Türkiyənin Kəşan rayonunda Ədirnə şəhərinin işğaldan azad olunmasının 97-ci ildönümü qeyd olunub.
Cümhuriyyət meydanında keçirilən mərasimdə marketlərdən biri reklam üçün əhaliyə havayı məhsul paylayıb.
“Hürriyet”in xəbərinə görə, məhsul paylanarkən izdiham yaranıb və uşaqlar əzilmə təhlükəsi ilə qarşılaşıblar.
Bu zaman yerli polis məhsul paylayan avtomobilləri ərazidən uzaqlaşdırıb.