Hövsan, Türkan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, pulsuz çimərliklərdə ödənişlərin tələb edilməsi ilə bağlı olub.
Reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, reyd zamanı bir sıra nöqsanlar aşkar edilib:
“Bir sıra çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Keçirilən reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. Vətəndaşlar belə hallarla qarşılaşan zaman müvafiq orqanlara müraciət etsinlər. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir”.
“Türkan, Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə ora təkrar baxış keçiriləcək”, – deyə BŞİH nümayəndəsi qeyd edib.
İlhamə Əbülfət
FOTO: Valeh Arifoğlu