ÇıxışYolu.Com - Qəbələdə toy mərasimində zəhərlənənlərin sayı 72-yə çatıb

ÇıxışYolu.Com – Qəbələdə toy mərasimində zəhərlənənlərin sayı 72-yə çatıb

Baxış sayı: 3. 695 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qəbələdə toy mərasimində zəhərlənənlərin sayı 72-yə çatıb

Qəbələdəki toy mərasimində kütləvi zəhərlənmənin detalları bəlli olub.

ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, hadisə zamanı qidadan 72 nəfər zəhərlənib.

Zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb. Səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda Mərkəzi Xəstəxanada beş, Diqanostika Mərkəzində üç xəstənin stasionar müalicəsi davam edir.

Zəhərlənən şəxslərdən 1961-ci il təvəllüdlü İlqar Mikayılov, 1991-ci il təvəllüdlü Vahid Abdullayev, 1970-ci il təvəllüdlü Dilşad Abdullayev, 2012-ci il təvəllüdlü Nərmin Qurbanova, 2001-ci il təvəllüdlü Nurlan Əsgərov, 1992-ci il təvəllüdlü Rauf Mikayılov, 1969-cu il təvəllüdlü Sevgili Muradov, 1960-cı il təvəllüdlü Elnur Xurşudov, 1970-ci il təvəllüdlü Habil Nurəddinovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

5 avqust, 20:10

Qəbələdə kütləvi zəhərlənmə olub.

ÇıxışYolu.Com-ın məlumatına görə hadisə rayonun, Zərgərli kəndində qeydə alınıb.

Məlumata görə, toy məclisində 26 nəfər zəhərlənib.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, 26 nəfər qida zəhərlənməsi ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Könül