ÇıxışYolu.Com – Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi

Baxış sayı: 3. 881 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qətər futbolçusunun qolu “Marakana”nı heyran etdi

Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunda qonaq qismində çıxış edən Qətər yığması qrup mərhələsində Paraqvayla qarşılaşmada gözəl oyun nümayiş etdirib.

Rio-de-Janeyronun məşhur “Marakana” stadionunda keçirilən oyunda ilk iki qolu Paraqvay futbolçuları vurub. Lakin ərəblər ikinci hissədə özlərinə gələrək hesabı bərabərləşdirməyə müvəffəq olublar. Cavab toplarından birincisi isə olduqca baxımlı alınıb və stadiona toplaşanları heyrətləndirib.

68-ci dəqiqədə Əlmoez Abdulla hesab arasındakı fərqi azaldıb, 77-ci dəqiqədə isə Bualem Xuxi bərabərlik qolunu vurub. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Növbəti turda Paraqvay Argentina, Qətər isə Kolumbiya ilə qarşılaşacaq.