Minskdə bir qadın “Müqəddəs Ruh” kilsəsinin divarına bir neçə dəfə balta ilə zərbə endirib.
Bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.
Görüntülərdə qadının hasardan çıxaraq balta götürdüyü və bir neçə dəfə divara zərbə endirdiyi görünür. Hadisə şahidlərindən biri baltanı qadının əlindən alaraq onu polis dəstəsi gələnə qədər sakitləşdirməyə çalışıb.
Qadın müayinə üçün tibb müəssisəsinə göndərilib. Faktla bağlı araşdırma aparılır.