Tailandda qadın kremasiyasından bir neçə dəqiqə qabaq dirilib.
Bu barədə “The Sun” yazır.
Həkimlər qalxanabənzər vəzinin şişindən əziyyət çəkən Finij Sopajornun (Phinij Sopajorn) oktyabrın 20-də öldüyü bildirmişdilər. Bundan sonra isə onun ailəsi dəfn mərasiminə hazırlaşmağa başlayıb. Üç gün ərzində 70 yaşlı qadın yerli buddist məbədində aşağı temperaturda tabutda saxlanılıb.
Kremasiyadan əvvəl, əri Tavin Sopajorn, həyat yoldaşının ənənəvi olaraq cəsədini yuyarkən bəzi məqamlar diqqətini çəkib. Belə ki, əri Finijin cəsədinin bərkimədiyinə fikir verib, eləcə də Tavin həyat yoldaşının ağır nəfəs aldığını və göz qapaqlarının titrədiyini hiss edib.
Qadın dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.