ÇıxışYolu.Com - Qadının ata bağlanaraq döyülməsi ilə bağlı araşdırma başladı

ÇıxışYolu.Com – Qadının ata bağlanaraq döyülməsi ilə bağlı araşdırma başladı

Baxış sayı: 1. 696 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qadının ata bağlanaraq döyülməsi ilə bağlı araşdırma başladı

Daxili İşlər Nazirliyi Goranboyda qadının ata bağlayaraq döyülməsinə münasibət bildirib.

DİN mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, ailələr arasında əvvəllər də münaqişə olub:

“Məsələ barədə hər iki ailə DİN-in “102” zəng xidməti mərkəzinə müraciət edib və hadisə barədə məlumat veriblər. Sahilə Ələkbərovanın həyat yoldaşı Xaliq Bayramov bildirib ki, Filduz Dəmirova və övladları həyat yoldaşını döyüblər. 

S.Ələkbərova sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Faktla əlaqədar Goranboy RPŞ məlumatlandırılıb”.

“Məsələ ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır. Hər iki tərəfin izahatı alınıb. Sahilə Ələkbərova izahatında bildirib ki, qonşusu Filduz Dəmirova və onun iki övladı tərəfindən döyülüb. O, ata bağlanaraq sürüdülməsi faktını isə inkar edib.

Hazırda faktla bağlı RPŞ-də cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İlhamə Əbülfət