Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub.
“Qalatasaray” bu turda “Ankaragücü”nü qəbul edib. 87 dəqiqə iki qol fərqi ilə öndə olan istanbullular son dəqiqələrdə buraxdığı qollarla oyundan bərabərliklə ayrılıb.
“Rizəspor” doğma meydanda “Kasımpaşa”ya böyük hesabla uduzub.
“Gənclərbirliyi” “Göztəpə”ni məğlub yola salıb.
Türkiyə Super Liqası
15-ci tur
13 dekabr
“Alanyaspor” – “Antalyaspor” – 0:0
14 dekabr
“Rizəspor” – “Kasımpaşa” – 0:3
Qollar: Koyta, 17; 26. A.Kara, 90+1.
“Gənclərbirliyi” – “Göztəpə” – 3:1
Qollar: Stanku, 29; 67. Sio, 36 – Uolles, 34.
“Qalatasaray” – “Ankaragücü” – 2:2
Qollar: Fequli, 53. Belhanda, 83-pen – İ.Parlak, 87-pen. Kitsiu, 90+1.