Futbol üzrə Türkiyə Super Liqasında “Fənərbağça” və “Qalatasaray” komandaları arasında mövsümün son derbisi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, əzəli rəqiblərin 389-cu görüşü gərgin mübarizə şəraitində keçib.
Oyunun 44-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Hasan Ali Kaldırım qırmızı vərəqə alaraq oyundan qovulub. 66-cı dəqiqədə nigeriyalı Henri Onyekurunun vurduğu qola cavab olaraq 71-ci dəqiqədə “Fənərbağça”nın makedoniyalı futbolçusu Elif Elmas hərəkətə keçib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Bununla da “Qalatasaray” 19 ildir ki, səfərdə məğlub edə bilmədiyi “Fənərbağça”nı yenə məyus etməyi bacarmayıb.