“Qalatasaray” Türkiyə Superliqasının 32-ci turunda səfərdə “Rizespor”la qarşılaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, maraqlı epizodlarla yadda qalan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasaray”ın heyətində Sofian Fequli (9) və Mbaye Diaqne (90 pen., 90+7) fərqlənib.
“Rizespor”un qollarını isə Vedat Muriqi və Aminu Umar vurub.
Bu qələbə sayəsində xallarını 66-ya çatdıran “Qalatasaray” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Bir oyun az keçirən “Başakşəhər” isə 63 xalla ikinci pillədədir.