Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk matçda autsayderlər – “Sumqayıt” və “Keşlə” qarşılaşacaq. “Sumqayıt” qalib gələcəyi halda, sonuncu pillədən qurtulacaq.
Günün digər matçında lider “Neftçi” “Zirə”ni qəbul edəcək. “Zirə” “Neftçi” üzərində indiyədək səkkiz qələbə qazansa da, son beş matçda bu komanda üzərində qalibiyyət üzünə həsrətdir. Bir fakt da var ki, “Neftçi” bu komandanı öz meydanında heç vaxt yenə bilməyib.
Sabahkı matçlardan “Qəbələ” və “Qarabağ”ın oyunu turun mərkəzi görüşü hesab edilir. Çətin görünsə də, “Qarabağ” bu matçdan qalib ayrılıb, “Neftçi”nin ondan aralanmasına imkan verməməyə çalışacaq.
“Sabah” – “Səbail” matçı qonaq komanda üçün əhəmiyyət kəsb edir. “Səbail” bu qələbə ilə sona beş tur qalmış bürünc medalları, demək olar ki, özünə təmin edəcək.
6 aprel
16:00 “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”. Baş hakim: Orxan Məmmədov
18:00 – “Zirə”
“Bakcell Arena”. Baş hakim: İnqilab Məmmədov
7 aprel
14:00 “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu. Baş hakim: Səbuhi Bayramov
16:30 “Sabah” – “Səbail”
“Əlincə Arena”. Baş hakim: Rəhim Həsənov
Səbuhi MUSAYEV