UEFA Avropa Liqasının Lüksemburqda keçirilən “F91 Düdelanj” – “Qarabağ” görüşü başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, qondarma Dağlıq Qarabağ bayrağının Jozi Bartel adına arenada dronla dalğalandırılmasından sonra 10 dəqiqəyə yaxın dayandırılan görüşdə Ağdam komandası 4:1 hesabı ilə qalib gəlib.
Bununla da “Qarabağ” qrupda ilk qələbəsini qazanaraq II sıraya qalxıb.
Qrupun digər görüşündə “Sevilya” İspaniyada APOEL-dən üstün olub – 1:0.
1:13
90-cı dəqiqədə “Düdelanj” fərqi azaltdı. Antuan Bernye fərqləndi – 1:4.
00:52
69-cu dəqiqədə “Qarabağ” hesabı darmadağın həddinə gətirib çıxardı. İspaniyalı Dani Kintana dördüncü qolu vurdu – 4:0
00:47
62-ci dəqiqədə Düdelanj azlıqda qaldı. Mikael Qaros ikinci sarı vərəqə alaraq meydandan qovuldu.
00:03
“Qarabağ” Miçelə qarşı edilən kobudluğa görə təyin olunmuş penaltidən fərqi 3-ə çatdırıb. Millimizin braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda 36-cı dəqiqədə fərqlənib.
23:57
Lüksemburq klubu bu təxribatın onlar tərəfindən edilmədiyini bilridib, qonaq komanda və azarkeşlərindən üzr istəyib. Bundan sonra futbolçular meydana qayıdıb, oyun qaldığı yerdən davam etdirilib.
23:42
Baş vermiş təxribat nəticəsində matç dayandırılıb. Oyunun davam edib-etməyəcəyi hələlik məlum deyil.
23:30
“Qarabağ” hesab arasındakı fərqi ikiyə çatdırdı – 0:2. Qolun müəllifi Miçeldir.
23:12
“Düdelanj” – “Qarabağ” matçında hesab açılıb. 11-ci dəqiqədə vurulmuş qolun müəllifi Abdellah Zubirdir.
23:02
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” matçının start fiti səslənib.
22:36
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda saat 23:00-da başlayacaq “Düdelanj” – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.
ÇıxışYolu.Com UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
“Düdelanj”:
1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel Sinani, 10. Dominik Stols, 16. Thibaut Lesquoy 20. Mikael Qaros, 22. Antoine Bernye, 34. Məhəmməd Buçuari, 77. Sabir Bouqrine 98. Loren Mendi.
Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kuls, 13. Omar Natami, 23. Rayan Klapp, 24. Mehdi Kirç, 27. Adel Bettayeb, 28. Çarles Morren;
“Qarabağ”:
1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 8. Miçel, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 10. Dani Kintana, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Geye;
11:25
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.
Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburq çempionu “F91 Düdelanj”la üz-üzə gələcək. Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, “Qarabağ” ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”ya uduzubsa (0:3), “F91 Düdelanj” səfərdə Kipr APOEL-inə qalib gəlib – 4:3.
Bu görüşdə “Qarabağ”ın heyətində ispaniyalı futbolçu Xayme Romero oynamayacaq. Azərbaycan Premyer Liqasının V turunun “Zirə” ilə oyununda çiyin bağlarından biri qırıldığı üçün ölkəsinə göndərilmiş Xaymeni bu matçda həmyerlisi Dani Kintananın əvəzləyəcəyi gözlənilir.
A qrupu
23:00 “F91 Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
23:00 “Sevilya” (İspaniya) – APOEL (Kipr)
Turnir cədvəli
Sevilya – 3
F91 Düdelanj – 3
APOEL – 0
Qarabağ – 0
Səbuhi Musayev