Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura – ilk dövrəyə yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
Öncə “Zirə” ilə “Qəbələ” üz-üzə gəlib. Tərəflər meydanı heç-heçə ilə başa vurublar – 1:1.
Son çempion “Qarabağ” isə ilk dövrənin yekun qarşılaşmasında “Sabah”ı sınağa çəkib. Çempion bu rəqibinə də aman verməyib və dövrəni maksimum nəticə ilə başa vurub – 2:0.
Turun digər oyunlarına gəlincə, ötən gün “Neftçi” doğma meydanda “Səbail”ə 2:1 hesabıyla qalib gəlib, “Sumqayıt” – “Keşlə” matçı heç-heçə bitib – 0:0.