Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində beş oyun keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu görüşlərdən biri Bakıda baş tutacaq.
“Qarabağ” İrlandiyada keçirilən ilk görüşdə 1:1 hesabı ilə bərabərə qaldığı “Dandolk” klubunu bu dəfə Bakıda “Dalğa Arena”da qəbul edəcək.
Saat 21:00-da başlayacaq görüşün hakimi norveçli Sveyn Moen olacaq.
Qeyd edək ki, “Qarabağ” mərhələ keçəcəyi halda, ötən gün Monteneqronun “Sutyeska” klubuna 3:0 hesabı ilə qalib gəlmiş Kipr APOEL-i ilə qarşılaşacaq. Nikosiya klubu vaxtilə iki dəfə digər təmsilçimiz “Neftçi”yə rəqib olub.
Səbuhi Musayev