ABŞ-ın Oklahoma ştatının Morrison şəhərində bir qadın qaralmaq sevdasından yaranan dəri xərçənginə görə burnunda dəliklə yaşamalı olub.
Bu barədə “Unilad” saytı xəbər verir.
Rebeka Rapp yeniyetməlikdən bəri həftədə altı dəfə qaralmaq üçün şüa qəbul edib. O, ultrabənövşəyi şüaların onun dərisinə sağlam parıltı verəcəyini düşünüb. Yaxınları bunun nə qədər zərərli olduğunu dəfələrlə vurğulasalar da, Rapp bu müddətdə günəşdən qoruyan vasitələrdən də istifadə etməyib.
2018-ci ilin avqust ayında Rapp yanağında qaraltı olduğunu görüb və dermatoloqa gedib. Həkim xəstənin burnunun ucunda parlaq kölgə müşahidə edib və onu analizə göndərib. Qadının dəri xərçənginə yaxalandığı məlum olub. O, “Moos” əməliyyatı keçirib. Prosedur zamanı dəri sağlam hüceyrələrə qədər qaşınır.
Prosedurdan sonra Rappın burnunda dəlik əmələ gəlib. Həkimlər bu dəliyi qadının alnından götürülmüş dəri örtüyü ilə bağlayıblar.
Rapp insanlara günəşdən qoruyan vasitələrdən istifadə etmələri üçün öz hekayəsini danışmağa qərar verib. O, indi öz uşaqlarını da bu vasitələrdən istifadəyə məcbur edir.