Qaxda 37 yaşlı kişini elektrik cərəyanı vurub.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, rayonun Cəlayir kənd sakini, 1982-ci il təvəllüdlü Tural Ocayev iş zamanı elektrik lövhəsindən alov çıxması nəticəsində yanıq xəsarətləri alıb.
O, dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, T.Ocayevin qollarında və bədəninin müxtəlif nahiyələrində yanıq xəsarətləri var.
Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-stabildir.