ÇıxışYolu.Com - Qazaxda qədim yaşayış məskəni aşkarlanıb

ÇıxışYolu.Com – Qazaxda qədim yaşayış məskəni aşkarlanıb

Baxış sayı: 3. 638 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qazaxda qədim yaşayış məskəni aşkarlanıb

Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində eramızdan əvvəl 2-ci  minilliyin sonu, 1-ci minilliyin əvvəllərinə aid 5 qədim qəbir aşkarlanıb. 

Tapılan qəbirlərdəki skeletlər oxla vurulduğu aydın görünür. Belə ki, cəsədlərin bəzilərində ox hələ də sümüyə sancılı vəziyyətdə  qalıb. Ərazidən həmçinin daşdan  hazırlanmış əmək alətləri, gil qablar, müxtəlif materiallardan olan muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər, nizə ucluqları da  aşkar edilib.

Araşdırmalar zamanı sümüklərin yerli əhaliyə aid olduğu məlum olub. 

“Əziztəpə” abidəsinin ərazisi 3 hektara yaxın sahəni əhatə edir. Hələlik bu qədim abidənin yalnız bir hissəsi öyrənilib. Abidənin gələcəkdə kompleks şəkildə öyrənilməsi nəzərdə tutulur.

Nazir QULİYEV