ÇıxışYolu.Com – Qazaxıstanda helikopter qəzası

Baxış sayı: 2. 937 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qazaxıstanda helikopter qəzası

Bu gün Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb. 

Qəzada bütün ekipaj üzvləri həlak olub. Bu barədə ölkə prezidenti Kasım Jomart Tokayev öz  Twitter hesabında məlumat yayıb.

RİA Novosti-nin məlumatına görə,hadisə bu gün səhər saatlarında Qazaxıstanın Qızıl Orda rayonunda baş verib. Mİ-8 markalı hərbi helikopter yerə çırpılıb və tamamilə yanıb. 

Helikopterdə olan 13 hərbçinin hamısı həlak olub. Onların hərbi təlim məqsədiylə havaya qalxdığı bildirilir.