İngiltərə Premyer Liqasında təxirə salınmış görüşlərdən ikisi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Fulhem” səfərdə “Uortford”a 1:4 hesabı ilə məğlub olub.
Bununla da London klubunun “Hadersfild”in ardından Premyer Liqanı tərk etməsi dəqiqləşib.
“Mançester Yunaytid” isə “Vulhemhempton” səfərindən məğlub ayrılıb. Şotlandiya millisinin mərkəz yarımmüdafiəçisi Skot Maktominey “qırmızı şeytanlar”ı hesabda önə keçirsə də, meydan sahibləri görüşü 2:1 qalib başa vurub.
Səbuhi MUSAYEV