ÇıxışYolu.Com – Qız öskürəkdən qabırğalarını sındırdı

Baxış sayı: 1. 600 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qız öskürəkdən qabırğalarını sındırdı

Çinin Centzyan vilaytinin sakini öskürəkdən 10 qabırğsını sındıraraq xəstəxanaya düşüb.

Bu barədə “Daily Mail” xəbər verir.

20 yaşlı qız gecələr kəskin öskürəkdən əziyyət çəkib. Həkimlər onda astma xəstəliyi müəyyən ediblər və ambulator müalicə təyin ediblər.

Buna baxmayaraq öskürək bərkiyib. Bir neçə gündən sonra qız sol döş nahiyəsndə bərk ağrılardan yuxudan oyanıb.

Rentgen göstərib ki, qız öskürək zamanı 10 qabırğasını sındırıb. Təkrar müayyinə onun sümüklərinin zəif olduğunu göstərib. Bunu “D” vitamininin və kalsinin   çatışmazlığı ilə izah ediblər.

Məlum olub ki, qız dərisini ağartmaq arzusunda olub. O evdən bayıra nadir hallarda çıxıb və il ərzində günəş şüalanmasına qarşı kremdən istfadə edib, bu isə öz növbəsndə “D” vitamininin catışmazlığlna gətirib çıxarıb.