ÇıxışYolu.Com – Qorbaçovun səhhəti ağırlaşdı

Baxış sayı: 2. 248 dəfə baxılıb.

ÇıxışYolu.Com - Qorbaçovun səhhəti ağırlaşdı

Rusiyalı jurnalist Aleksey Venediktov SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun səhhəti haqqında danışıb.

Jurnalist M.Qorbaçovun sağlamlığının pisləşdiyini “Naş” telekanalının efirində deyib.

Onun sözlərinə əsasən, sabiq dövlət başçısı son yarım ili xəstəxanada keçirib.

“Son iki ildir lap pisləşib”, – Venediktov bildirib.

O əlavə edib ki, Qorbaçovun zehni aydındır, lakin xəstəliklərə görə çətinliklə hərəkət edir.