Bu gün axşam saat 19 radələrində Quba rayonuna dolu düşüb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, təbiət hadisəsi dağlıq ərazilərdə baş verib. Öncə yağan güclü yağış daha sonra dolu ilə əvəzlənib.
Təxminən 10-15 dəqiqə davam edən dolunun diametri 10-20 mm olub. İlkin məlumata görə yağıntı fəsadlara səbəb olmayıb.
Tehran Orucoğlu